“Chelsea” klubu futbolçusunu “Sauthempton”a icarəyə verib

Bakı, 17 avqust, Sporaz.tv

İngiltərənin “Chelsea“(Çelsi) klubu futbolçusu Lesli Uqoçukvunu icarəyə verib.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək “Sauthempton“da çıxış edəcək.

Qeyd edək ki, Lesli Uqoçukvu ötən mövsüm “zadəganlar”ın heyətində 15 matçda meydanda olub.