Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Bakı, 24 oktyabr, Sporaz.tv

UEFA Çempionlar liqasında bu həftənin ən yaxşı futbolçusu seçilib.

Sporaz.tv xəbər verir ki, 22.10.24 tarixində “Real Madrid” və “Borussiya Dortmund” klubları arasında keçirilən qarşılaşmada Vinicius Jr het-trik edib.

Çempionlar liqasının “Həftənin futbolçusu” mükafatı 4 futbolçu arasında səsvermə ilə seçilib. Səsvermənin nəticəsinə əsasən Vinicius Jr digər rəqiblərini qabaqlayaraq bu mükafatın sahibi olub. Digər namizədlər isə, “Bavariya” ilə oyunda het-trik edən Raphinha, “Monaco”-nun (Monako) futbolçusu Minamino və “Milan” oyunçusu Reijnders olub.

Məhəmməd Qasımov