Çarpaz bağları qopan Ozan Kabakdan şad xəbər

Bakı, 12 sentyabr, Sporaz.tv

Türkiyə millisinin hazırlıq matçında çarpaz bağları qopan və 3 aydır meydanlardan uzaq olan Ozan Kabakın, “Hoffenheim“(Hoffenhaym)-in məşq mərkəzində fərdi məşqlərə başladığı öyrənilib.

Sporaz.tv məlumat verir ki, oyunçunun, ötən ilin iyununda Türkiyə Milli Futbol Komandasının İtaliyaya qarşı keçirdiyi hazırlıq matçında zədələnib.

“Hoffenheim”-in müdafiəçisi Ozan Kabakdan şad xəbər gəlib. Bildirilib ki, çarpaz bağları qopan və 3 aydır meydanlardan uzaq qalan türkiyəli futbolçu, müalicəsindən sonra Almaniya klubunun təlim-məşq mərkəzinə qayıdıb və reabilitasiya işlərinə başlayıb.

Klub televiziyasına açıqlama verən Ozan, səhhətinin vəziyyəti ilə bağlı bunları deyib: “Gündən-günə yaxşılaşır. Açığı, mənim üçün çətin dövr idi, ilk üç ay çox çətin keçdi. Sadəcə divanda oturmaq mənim üçün çətindir. Məşq edirəm və meydançaya qayıtmaq üçün hər şeyimi verirəm.”- dedi.

Ötən mövsüm “Hoffenheim”-in heyətində 30 matça çıxan Ozan Kabak, 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Leave a Reply