Carlos Soler kimdir, neçə yaşı var və hansı komandalarda çıxış edib?

Bakı, 9 avqust, Sporaz.tv

Superliqa komandaları ilə adı hallanan Carlos Solerin karyerası və uğurları maraqla qarşılanır. Mərkəz yarımmüdafiəçisi kimi çalışan futbolçu sağ yarımmüdafiəçi kimi də çıxış edə bilər və on nömrədir. PSG-də çıxış edən futbolçunun komandası ilə 2027-ci ilə qədər müqaviləsi var. Bəs Carlos Soler kimdir, neçə yaşı var və hansı komandalarda çıxış edib?

Sporaz.tv məlumat verir ki, Carlos Soler, 2 yanvar 1997-ci ildə İspaniyada anadan olub.

Futbolçu karyerasına Bonrepos infrastrukturunda başlayan futbolçu 2004-2015-ci illər arasında Valencia infrastrukturunda çıxış edib.

14-15 mövsümündə Valencia infrastrukturundan Valencia U19 komandasına transfer olunan oyunçu 2016-17 mövsümündə A Komandasına yüksələrək əsl debüt edib.

O, 2022-2023 mövsümündə 18 milyon avroya “Valencia”dan PSG-yə transfer olunub.

La Liqada 182 matça çıxan futbolçu 31 qol vurub, 25 məhsuldar ötürmə edib. O, Fransa karyerasında 50 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Futbolçu İspaniya forması ilə 14 matçda 4 qola imza atıb. O, 2023-2024 mövsümündə Liqa 1-də 24 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.