Böyük klubların fədai futbolçuları

Bakı, 23 aprel, Sporaz.tv

Çanaqqala boğazı Ege dənizindən Mərmərə dənizinə uzanan dar su yoludur. 1915-ci ildə Çanaqqalaya sahib olmaq üçün üç imperatorluğun ordusu buraya toplaşmışdı.

Bu zaman vətən müdafiəsi üçün cəbhəyə yollanlar sırasında “Beşiktaş”, “Fenerbahçe” və “Galatasaray” futbolçularda var idi. Galatasarayın simvollarından Hasmun Galip, Ali Sami Yenden sonra komandanın 2-ci kapitanı idi. O, Osmanlı paşasının oğlu olub. Galatasaraya İstanbul Liqası Çempionluğunu qazandırdıqdan 3 gün sonra Çanaqqala cəbhəsinə könüllü yollanaraq, orada şəhadətə yüksəlib.

Çanaqqala uğrunda gedən döyüşlərdə iştirak edən Fenerbahçeli Arif isə, cəbhədə döyüşdüyü vaxtda belə meydandakı mübarizədən də geri çəkilmirdi. Matç günlərində atla 26 saata İstanbula gedib oyuna çıxır, daha sonra yenidən cəbhəyə geri dönürdü. Ancaq, İdman Yurdu matçına bu dəfə Arif yox, onun şəhid xəbəri gəlib çatmışdı.

Belə fədai futbolçulardan biridə Beşiktaşın kapitanı Şair Kazımdır. O,cəbhədə dastan yazan 27-ci Alayın bir üzvüdür. Kürəyindən aldığı güllə zərbəsiylə şəhadətə yüksələn kapitanın cibindən çıxan kağız çoxlarını maraqda qoymuşdu. Həmin kağızda bu sözlər yazılmışdı: ” Biz 11 dostuq,ancaq, arxamız hələ var”.

Rəsmi mənbələrə görə,adı çəkilən komandalardan 30 nəfər şəhid olmuşdu.Lakin, bu rəqəmin daha çox olduğuda təxmin edilirdi.