Bodrum FK, Fredy ilə 2 illik anlaşma əldə edib

Bakı, 22 iyul, Sporaz.tv

Super Liqanın yeni komandalarından olan Sipay Bodrum FK, ötən mövsüm “Eyüpspor“da forma geyinən Fredy Ribeironu heyətinə qatdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, klubun sosial media hesabından edilən paylaşımda “Klubumuz ötən mövsüm “Eyüpspor”da çıxış edən yarımmüdafiəçi Fredy Ribeiro ilə 2 illik anlaşıb. Ailəmizə xoş gəlmisiniz, Fredy”.- bəyanat daxil edilib.

Anqolalı Fredy, ötən il “Eyüpspor”la 27 matçda 2 qol vurub, 8 məhsuldar ötürmə edib.