“Beşiktaş”ın kubokda qonağı Ankaragücüdür

Bakı, 7 may, Sporaz.tv

“Beşiktaş” Ziraat Türkiyə Kubokunun yarımfinal cavab oyununda MKE Ankaragücü ilə qarşılaşacaq. Dolmabahçedə oynanılacaq qarşılaşma saat 20.30-da başlayacaq.

Sporaz.tv xəbər verir ki, Tüpraş Stadionunda oynanılacaq və saat 20.30-da başlayacaq kritik matçda Zorbay Küçük fit çalacaq.

Ankara Eryaman Stadionunda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. Qarşılaşmada qalib gələn tərəf kubokun ilk finalçısı olacaq. 90 dəqiqə ərzində bərabərlik pozulmazsa, matç əlavə vaxt mərhələsinə keçəcək.

Burada tərəflər üstünlük əldə etməsələr, raundda qalib gələn komanda penaltilər seriyası ilə müəyyənləşəcək.

Beşiktaş meydandakı üstünlüyündən istifadə edərək adını finala yazdırmağı hədəfləyir.

“Qara-ağlar”da zədəli olan Bəxtiyor Zaynutdinov və Tayfur Bingöl bu görüşdə meydana çıxa bilməyəcək.

Vüqar Alışov