“Beşiktaş”ın düşərgə proqramı dəqiqləşdi

Beşiktaş“ın yeni baş məşqçisi Givanni van Bronckhorst, iyunun 27-də İstanbula gələcək. İyulun 1-də yeni mövsümü açacaq qara-ağlar, Sloveniya düşərgəsində ən azı 3 yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” yeni mövsümü açmağa hazırlaşır. Baş məşqçi Givanni van Bronckhorst 27 iyun cümə axşamı İstanbula gələcək. “Ağ-qaralar” Hollandiyalı məşqçinin rəhbərliyi altında iyulun 1-i bazar ertəsi, Ümraniyedə birlikdə oynayacaq.

Təxminən 10 gün öz obyektlərində çalışan Beşiktaş, düşərgə üçün Sloveniyanın Maribor şəhərinə gedəcək. “Ağ-qaralar”ın burada ən azı 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

İyulun 20-dək burada işini davam etdirəcək “Beşiktaş”, daha sonra İstanbula dönərək yeni mövsümün hazırlıqlarını Ümraniyedə davam etdirəcək.

Qeyd edək ki “Beşiktaş” rəhbərliyi transfer işlərinə də davam edir. Gabriel Paulistanı heyətinə qatan “Ağ-qaralar”, iyulun 10-da başlayacaq xaricdəki düşərgə üçün daha bir müdafiəçi və hücumçu yetişdirməyi hədəfləyir.