“Beşiktaş”dan ayrılan Umut Meraşın yeni komandası bəlli olub

Bakı, 1 iyul, Sporaz.tv

Beşiktaş“la müqaviləsi başa çatan Umut Meraş yeni macəraya başlayır. Təcrübəli sol cinah müdafiəçisi Superliqanın yeni komandası ilə əl sıxıb.

“Beşiktaş”ın 2021-22 mövsümünün əvvəlində “Le Havre”dən 1,5 milyon avroya transfer etdiyi Umut Meraşın müqaviləsi başa çatıb.

3 illik Beşiktaş macərasına son qoyan Umut Meraşın yeni komandası bəlli olub.

Sporaz.tv məlumatına əsasən, 28 yaşlı sol cinah müdafiəçisi “Eyüpspor”la anlaşıb. Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

“Beşiktaş”ın heyətində cəmi 60 matça çıxan Umut Meraş ümumilikdə 3222 dəqiqə meydanda olub və 2 məhsuldar ötürmə edib.