Bakı, 11 sentyabr, Sporaz.tv
Trendyol Super Liqa komandaları “Eyüpspor” və “Antalyaspor“-un təkliflərini rədd edən Alex Oxlade-Chamberlainin “Beşiktaş”-da qalmasına qərar verilib.
Sporaz.tv məlumat verir ki, Super Liqada transfer dövrünün bitməsinə az qalmış Alex Oxlade-Chamberlanin “Beşiktaş“-kı gələcəyi bəlli olub.
Giovanni van Bronckhorst vəzifəyə gəldikdən sonra komandada nəzərə alınmayan adlar arasında olan ingilis futbolçunun adı transfer dönəmində bir çox komanda ilə hallanıb.
“Beşiktaş” rəhbərliyi ilə Oxlade-Chamberlain arasında keçirilən görüşdən sonra təcrübəli futbolçu ilə bağlı qərar verilib. Görüşdən sonra Oxlade-Chamberlainin komandada qalmasına qərar verildiyi bildirilib.
“Beşiktaş”-ın Alex Oxlade-Chamberlain üçün Super Liqadan “Eyüpspor” və “Antalyaspor”-la qarşılaşdığı, lakin 31 yaşlı futbolçunun bu təklifləri rədd etdiyi bildirilib.
Komandada nəzərə alınmayan adlardan Daniel Amartey üçün “Antalyaspor” və “Kasımpaşa” ilə danışıqların davam etdiyi bildirilib.