Bayer Leverkusen 59 yaşlı rekordu qırmaq istəyir

Bakı, 6 may, Sporaz.tv

Almaniya I utbol Liqasında (Bundesligada) ilk çempionluğunu elan edən Bayer Leverkuzen, Portuqaliya komandası Benfikanın 59 ildir qırılmayan Avropada bütün yarışlarda 48 oyunluq məğlubedilməz rekordunu qırmaq üçün meydançaya çıxacaq.

Sporaz.tv xəbər verir ki , daha əvvəl Bundesliqada çempionluğunu elan edən Leverkuzen “Bayer”i dünən səfərdə “Ayntraxt Frankfurt”u 5:1 hesabı ilə məğlub edib. Bu mövsüm bütün yarışlarda məğlubiyyətsizlik seriyasını 48 matça çatdıran Bayer Leverkuzen xalını 84-ə çatdırıb.

Xabi Alonsonun yetirmələri bu nəticə ilə 1963-cü ilin dekabrından 1965-ci ilin fevralına qədər Portuqaliyanın Benfika komandasının 59 ildir qırılmayan 48 oyunluq məğlubiyyətsizlik rekordunu bölüşdülər.

“Bayer” mayın 9-da UEFA Avropa Liqasının yarımfinal cavab oyununda “Roma”ya uduzmasa, 49 oyunluq məğlubiyyətsizlik rekordunu təzələyəcək.

Almaniya yığması UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Roma”nı 2:0 hesabı ilə məğlub edib.

Vüqar Alışov