”Bavariya”nın futbolçusunun “Barcelona” istəyi

Bakı, 14 sentyabr, Sporaz.tv

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Yozua Kimmix İspaniya təmsilçisi “Barcelona”da çıxış etmək istəyir.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, 2025-ci ildə müqaviləsi başa çatacaq 29 yaşlı oyunçu kataloniya təmsilçisinə azad agent kimi keçməyi planlaşdırır.

Hətta, o, Xavinin baş məşqçi olduğu dövrdə bu fikrə düşüb.

Qeyd edək ki, bu yaxınlarda Almaniya millisinin yeni kapitanı seçilən Kimmix cari mövsüm “Bavariya”nın heyətində 5 oyun keçirib və 1 qol vurub.

Leave a Reply