“Barcelona” rəsmi açıqlama verib

Bakı, 16 sentyabr, Sporaz.tv

Barcelona“, mövsümə yaxşı başlayan Dani Olmonun zədə səbəbindən 4-5 həftə meydanlardan uzaq qalacağını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, “Barcelona”-nın “Girona“-nı 4:1 hesabı ilə məğlub etdiyi matçda zədələnən Dani Olmodan pis xəbər gəlib. İspan futbolçu uzun müddət meydandan uzaq qalacaq.

“Barcelona” tərəfindən edilən şərhdə: “Bu səhər Dani Olmo üzərində edilən testlər, onun sağ diz nahiyəsindən zədə aldığını ortaya çıxıb. Onun təxminən 4-5 həftə sahələrdən uzaq qalacağı gözlənilir.” – ifadələrdən istifadə edilmişdir.

Dani Olmo bu mövsüm 3 matçda “Barcelona”-nın formasını geyinib. 26 yaşlı futbolçu bu görüşlərdə 3 qol vurmağı bacarıb.

Leave a Reply