Azərbaycan millisinin yekun heyəti bəlli olub.

Bakı, 15 may, Sporaz.tv

Qızıl Avropa Liqasında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a istinadən xəbər verir ki, baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yarışda çıxış edəcək yığmaya təcrübəli oyunçularla yanaşı, gənclər də cəlb olunub.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov

Mənbə:  AZƏRTAC