Bakı,14 oktyabr, Sporaz.tv
UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilir.
Sporaz.tv xəbər verir ki, Azərbaycan millisi Bakıda Slovakiyanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Matç, Norveçli hakim Rosit Saqqi tərəfindən idarə olunacaq.
Qeyd edək ki, komandalar arasında sentyabrda Slovakiyada keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.