Azərbaycan boksçusundan yeni nəticə

Bakı, 1 noyabr, Sporaz.tv

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

Sporaz.tv xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü yarımfinalda Mərakeşli Osman Çadqurla qarşılaşıb.

Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə bitib. O, finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.

Qadın boksçu Aynur Mikayılova (57 kq) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.

Qeyd edək ki, Azərbaycanın daha 3 boksçusu dünya birinciliyində yarımfinal görüşünə çıxacaq.

Leave a Reply