Amarteydən “Beşiktaş”a şad xəbər

Bakı, 9 sentyabr, Sporaz.tv

Təkliflərə baxmayaraq “Beşiktaş“-dan ayrılmağa müqavimət göstərən Daniel Amarteyin, transferin son günləri yaxınlaşdıqca fikrini dəyişdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş”-ın heyətində nəzərə alınmayan futbolçular arasında yer alan Daniel Amarteyin, ağ-qara komandadan ayrılmamaqda israrlı olsa da, transfer dövrünün son günləri yaxınlaşdıqca təkliflərə müsbət baxmağa başladığı iddia edilib.

Amartey, İngiltərəyə qayıtmaq istəsə də, ümid etdiyi təklifi almayıb. Bildirilib ki, qanalı futbolçu, imkanları məhdud olduğundan İstanbulda bir komandaya qoşulmağı düşünür.

Superliqanın yeni komandalarından olan “Eyüpspor” sonuncu dəfə Amarteyi istəsə də, futbolçu razılaşmadan geri çəkilib. 29 yaşlı oyunçu ilə İstanbulun digər komandası Kasımpaşanın da maraqlandığı bildirilib.

Rəhbərlik, Amarteyi buraxıb sol cinah müdafiəçisini gücləndirmək istəyir.

Chamberlain “Adana Demirspor”-a tövsiyə olunub. Mavi şimşəklər, transfer lövhəsini açsalar, cəhd edəcəklər.

Leave a Reply