Adı Super Liqa nəhəngləri ilə hallandı: Dünyaca məşhur futbolçu mövsümün sonunda sərbəst buraxılacaq

Bakı , 29 aprel , sporaz.tv

İnter“lə müqaviləsi mövsümün sonunda başa çatacaq Aleksis Sançes İtaliya komandasını tərk edəcək. Transfer dönəmlərində adı Super Liqa nəhəngləri ilə tez-tez hallanan Sançesin yeni mövsümdə harada olacağı maraq doğurur.

Sporaz.tv xəbər verir ki , transferi 2020-ci ildən “İnter”də olan Aleksis Sançes mövsümün sonunda İtaliya nəhəngindən ayrılır. “İnter”lə mövsümü çempion kimi başa vuran çilili ulduz transfer dövründə transfersiz də transfer oluna bilər.

Aleksis Sançes mövsümün sonunda “İnter”dən ayrılacaq. Azad agentə çevrilən futbolçunun karyerasını harada davam etdirəcəyi maraq doğurur. Transfer dönəmlərində tez-tez Super Liqa nəhənglərinin gündəmində olan 35 yaşlı futbolçu transfer haqqı olduğu üçün klublar tərəfindən cəlbedici fürsət kimi görünə bilər.

Aleksis Sançes bu mövsüm “İnter”in heyətində 30 oyun keçirib. Çilili futbolçu bu matçlarda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bahar Rüstəm