Aboubakar transferinə “Eyüpspor”dan cavab

Bakı, 13 avqust, Sporaz.tv

Trendyol Super Liqa komandalarından olan “Eyüpspor“un vitse-prezidenti Fatih Kulaksız, “Beşiktaş“dan Vincent Aboubakarla maraqlanmadıqlarını bildirib.

Sporaz.tv xəbər verir ki, Superliqanın yeni komandası “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız Vincent Aboubakarla bağlı transfer iddialarını təkzib edib.

Fatih Kulaksız, açıqlamasında: “Aboubakar xəbəri yalandır. Bizim oyunçu ilə heç bir əlaqəmiz yoxdur”- deyib.

Afrika mətbuatında çıxan xəbərlərdə “Eyüpspor”-un Vincent Aboubakara 4 milyon avroya 2 illik müqavilə təklif etdiyi və Beşiktaşla anlaşdığı iddia edilib.

Aboubakarın ağ-qara klubla daha 1 illik müqaviləsi var.

Təcrübəli futbolçu, ötən mövsüm 34 matçda 12 qol vurub, 3 məhsuldar ötürmə edib.