Ziyechin yerinə Kerem Aktürkoğlu ?

Bakı,21 may,Sporaz.tv

Galatasaray“(Qalatasaray) liqanın son həftəsində “Tümosan Konyaspor“un qonağı olacaq. Bu matçda cəzalı olan Hakim Ziyeçin yerinə Kerem Aktürkoğlunun start 11-ə dönəcəyi gözlənilir.

Fenerbahçe“(Fənərbaxça) derbisində sarı vərəqə alan Hakim Ziyeç cəzalı olduğu üçün sarı-qırmızılıların heyətində oynaya bilməyəcək.

Mərakeşli futbolçunun yoxluğunda Kerem Aktürkoğlunun yenidən start 11-ə dönəcəyi gözlənilir.

“Galatasaray”(Qalatasaray), Tümosan Konyaspor matçında ön xətt təzyiqini meydanda əks etdirmək istəyir. Buna görə texniki heyətin ilk seçiminin Kerem olacağı bildirilir.

Kerem Aktürkoğlu bu mövsüm “Galatasaray”(Qalatasaray)ın bütün yarışlarda keçirdiyi 55 matçın 53-də forma geyinib.

25 yaşlı futbolçu bu matçların 44-nə 11-ci pillədə başlayan komandada ən çox dəqiqə keçirən üçüncü futbolçudur.

Bu müddətdə 15 qol və 8 məhsuldar ötürmə ilə cəmi 23 qola töhfə verən Kerem bu sahədə üçüncüdür.

Vüqar ALIŞOV