Bakı, 14 iyun, Sporaz.tv
Hakim Ziyech “Galatasaray“la “Fenerbahçe“nin fərqi ilə bağlı sualı cavablandırarkən diqqəti çəkən sözlər deyib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”ın mərakeşli ulduzu Hakim Ziyech sarı-qırmızılı komandanın əzəli rəqibi “Fenerbahçe”yə istinad edib.
Hakim Ziyech: “Biz daha böyük klubuq və daha keyfiyyətli oyunçularımız var”-sözlərini dedi.
“Fenerbahçenin indi yaxşı məşqçisi var. Çoxlu kuboklar qazanan məşqçi. Hələ heç bir komanda mövsümə başlamayıb. Hər iki tərəf hazırlıq düşərgəsindədir”-deyə bildirib.
“Bizim daha keyfiyyətli futbolçularımız var. Bu o demək deyil ki, hər şey dəyişməyəcək. Biz özümüzü yaxşı hazırlayıb liqaya yaxşı getməliyik”-dedi.
Hakim Ziyech: “Səudiyyə Ərəbistanından, yoxsa haradansa təklif almısınız?” O, suala “Xeyr” cavabını verib.