Ziyech “Galatasaray”da parlayır

Bakı, 27 iyul, Sporaz.tv

Galatasaray“ın Avstriya düşərgəsi davam edərkən, Hakim Ziyech diqqət çəkir. Futbolçunun məşqdə və yoldaşlıq görüşlərində artan forması baş məşqçi Okan Buruku sevindirir.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”ın Avstriyadakı xarici düşərgəsinin ikinci mərhələsi davam edir.

Baş məşqçi Okan Buruk düşərgə prosesində futbolçularının çıxışını yaxından izləyir. Məşqlərdə və yoldaşlıq görüşlərində artan forması və ambisiyası ilə seçilən futbolçulardan biri də Hakim Ziyechdir.

Ötən mövsümün son həftələri xaricində tənqidlərə məruz qalan mərakeşli futbolçu 2 hazırlıq düşərgəsində də iştirak edib. Yoldaşlıq görüşlərində “Fortuna Düsseldorf”la əvəzedici heyətlə meydana çıxan ulduz futbolçu “Trencin” və “Lecce” matçlarında start 11-də start götürüb. Ziyechin son “Lecce” matçında 1 qol və 1 məhsuldar ötürmə göstərməsi də azarkeşlərin tərifini alıb.

“Sarı-qırmızılılar” rəhbərliyi astronomik təklif gəlmədiyi halda 31 yaşlı futbolçunu heyətdə saxlamağı hədəfləyib. Hakim Ziyech də forma yarışmasında iddialı görünüşü ilə komandada qalmaq istədiyinə işarə edir. “Galatasaray”ın cinah rotasiyasında Ziyecdən başqa Zaha, Barış Alper Yılmaz, Kerem Aktürkoğlu, Yusuf Demir və Yunus Akgün də var.

Ötən mövsüm icarə əsasında “Galatasaray”a gələn mərakeşli futbolçu mövsümün əvvəlində pulsuz olaraq heyətə qoşulub. 31 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 23 matçda 8 qol vuraraq, 4 qol ötürməsi edib.

Bahar Rüstəm