“Zirə” tarixində ilk dəfə pley-offa yüksəlib

Bakı, 15 avqust, Sporaz.tv

ZirəUEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Sporaz.tv xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib – 2:2.

Qonaqlardan 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan (2:1) “Zirə” tarixində ilk dəfə pley-offa yüksəlib. Komanda bu raundda Kiprin “Omoniya” kollektivi ilə görüşəcək.

23:01

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt başa çatıb.

Sporaz.tv xəbər verir ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.

Cütün taleyinə penaltilər seriyasında aydınlıq gələcək.

22:23

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əsas vaxt başa çatıb.

Sporaz.tv xəbər verir ki, hazırda hesab bərabərdir – 2:2.

Səfərdəki ilk görüşdə də heç-heçə (1:1) qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub.

Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü müəyyənləşdirməyə çalışacaq.

22:18

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

Sporaz.tv xəbər verir ki, Azərbaycan təmsilçisi növbəti dəfə hesabı bərabərləşdirib – 2:2.

90-cı dəqiqədə Davit Volkov tarazlığı bərpa edib.

22:09

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

Sporaz.tv xəbər verir ki, qonaqlar yenidən hesabda önə keçiblər – 2:1

81-ci dəqiqədə Anton Matkoviç fərqlənib.

21:42

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

Sporaz.tv xəbər verir ki, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə hesabı bərabərləşdirib – 1:1.

Qismət Alıyev penaltini dəqiq yerinə yetirib.

21:31

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Sporaz.tv xəbər verir ki, hazırda qonaqlar hesabda öndədirlər – 1:0.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

21:18

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

Sporaz.tv xəbər verir ki, qonaqlar fasiləyə öndə yollanıblar – 1:0.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

21:09

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

Sporaz.tv xəbər verir ki, qonaqlar görüşdə hesabı açıblar.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

20:30

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Sporaz.tv xəbər verir ki, “Liv Bona Dea Arena”dakı matç saat 20:30-da start götürüb.

Görüşü avstriyalı Xulian Veynberqer idarə edir.

Qeyd edək ki, səfərdəki ilk qarşılaşmada heç-heçə qeydə alınıb – 1:1.

Bahar Rüstəm