Bakı, 22 avqust, Sporaz.tv
UEFA Konfrans Liqasında pley-off mərhələsinin oyunları keçirilir.
Sporaz.tv xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” də bu gün pley-offun ilk oyununa çıxacaq.
Tarixində ilk dəfə avrokuboklarda pley-offa yüksələn Rəşad Sadıqovun komandası səfərdə Kiprin “Omonia” klubu ilə qarşılacaq.
GPS stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.
Matç, Nikosiya. GPS stadiumda baş tutacaq.