“Zirə”nin Konfrans Liqasının II təsnifat mərəhləsindəki rəqibi

Bakı, 19 iyul, Sporaz.tv

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sheriff (Şerif)-ə məğlub olaraq mübarizəni dayandıran “Zirə“nin Konfrans Liqasındakı rəqibi bəlli olub.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, “qartallar” Konfrans Liqasının II təsnifat mərəhləsində Slovakiya təmsilçisi Dunajská Streda (Dunayska Ştreda) ilə qarşılaşacaq.

Tərəflər arasında ilk matç iyulun 25-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra səfərdə baş tutacaq.