“Zirə”-“Sheriff” qarşılaşması: Saat neçədə? Hansı kanalda?

Bakı, 18 iyul, Sporaz.tv

Zirə” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxacaq.

Sporaz.tv xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Dalğa Arena”da “Sheriff”lə (Moldova) qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşma, CBC kanalında canlı yayımlanacaq.