Bakı, 20 oktyabr, Sporaz.tv
Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü baş tutub.
Sporaz.tv xəbər verir ki, turun son oyun günündə “Zirə” “Sabah“ı qəbul edib.
Zirə Olimpiya İdman Kompleksində baş turan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Jesse sekidika meydan sahiblərinin qapısına yol tapıb.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 90+1-ci dəqiqədə Georgi Papunashvilinin qolu ilə məğlubiyyətdən xilas olub.
Bu bərabərlikdən sonra hər iki komandanın xal ehtiyatı 16-ya çatıb. “Zirə” turnir cədvəlində dördüncü, “Sabah” beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0, “Neftçi” isə “Səbail”i 3:1 hesabı ilə məğlub edib.