“Zirə” oyuna məyus, pərişan şəkildə çıxmışdı”

Bakı, 29 avqust, Sporaz.tv

İdman eksperti Ağa Dadaşzadə UEFA konfrans liqasının pley-off mərhələsində keçirilən “Omonoia” – “Zirə” matçını dəyərləndirib.

Sporaz.tv müsahibəni təqdim edir:

“Belə bir acı məğlubiyyət gözləmirikdik. Play-off-a gəlib çıxmış komanda belə bir məğlubiyyətə layiq deyildi. Məğlubiyyətə səbəb futbolçuların təslim olması oldu. “Zirə” oyuna məyus, pərişan şəkildə çıxmışdı. Məğlubiyyəti əvvəlcədən dərk etmişdilər. Komanda ruhu, əzmi yox idi. Rəşad Sadıqov komandanı oyuna tam hazır edə bilməmişdi. Bu hesab Azərbaycan futbolu üçün acı məğlubiyyətdir. Uzun bir müddətdən sonra belə bir məğlubiyyət aldıq. Ölkə ikincisinin belə məğlub olması, özü bir faciədir. Futbolçuların özünə inamsızlığı, zəif olması, oyuna hazırlaşmaması məğlubiyyətin əsas səbəblərindəndir. Oyuna yaxşı hazırlaşsa idilər, ən azından 6-0 hesabı ilə uduzmazdılar. Son oyundan sonra arxayın olmaları, belə əzici məğlubiyyətin səbəbidir. Komanda da deyə biləcəyim müsbət heç nə yoxdur, qapıçıdan tutmuş hücumçuya, hücumçuya qədər problem var idi. Yetəri qədər pul alan legionerlərin keyfiyyətsiz oyunu məni məyus etdi”.

Bahar Rüstəm