”Zirə” məğlub oldu

Bakı, 18 iyul, Sporaz.tv

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” – “Sheriff” (Moldova) matçı baş tutub.

Sporaz.tv xəbər verir ki, Dalğa Arenada start götürən qarşılaşma,qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı “qartallar”ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb.

Əsas vaxtda Moldova komandasının qollarınının müəllifi 54-cü dəqiqədə Ayyub Allaş,  77-ci dəqiqədə isə Papa Yade olub.

Əlavə vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər.

ilk qarşılaşmada “Zirə” 1:0 hesablı qələbə qazandığından ümumi hesab bərabərləşib-2:2

Qeyd edək ki, “Zirə” mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.