”Zirə” ilk qarşılaşmanı heç-heçə başa vurub

Bakı, 9 avqust, Sporaz.tv

Zirə” komandası UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, “qartallar” səfərdə Осиек (Osiyek)-lə (Xorvatiya) qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 38-ci dəqiqədə rəqib açsa da, “Zirə”nin heyətində Rafael Utziq əsas vaxta əlavə olunan 6-cı dəqiqədə penaltidən matçın yekun nəticəsini müəyyənləşdirib.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakının Mərdəkan qəsəbəsində baş tutacaq.