“Zirə” çox yaxşı komandadır”

Bakı, 16 avqust, Sporaz.tv

Bu sözləri Xorvatiyanın “Osiyek” komandasının baş məşqçisi Federiko Koppitelli Bakıda “Zirə“yə penaltilər seriyasında (əsas və əlavə vaxt: 2:2) uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Sporaz.tv xəbər verir ki, nəticəyə görə kədərli olan baş məşqçi, Zirənin yaxşı klub olduğunu qeyd edib.

“Komanda hesabda öndə olanda özünə bənzəmirdi. Beş penaltidən isə birin vura bildik. Nə deyə bilərəm? Bizim bəxtimiz gətirmədi, zədəli oyunçularımız var idi. Komandanın heyətini yaxşılaşdırmaq üçün çox transfer də edə bilməmişik”, – deyə mütəxəssis bildirib.

Bahar Rüstəm