“Zirə” bu gün pley-offun ilk oyununa çıxacaq

Bakı, 22 avqust, Sporaz.tv

UEFA Konfrans Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

Sporaz.tv xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” də bu gün pley-offun ilk oyununa çıxacaq.

Tarixində ilk dəfə avrokuboklarda pley-offa yüksələn Rəşad Sadıqovun komandası səfərdə Kiprin “Omonia”  klubu ilə qarşılacaq.

GPS stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Matç, Nikosiya. GPS stadiumda baş tutacaq.