“Zirə” bu gün çox sürətli və istəkli idi”.

Bakı, 26 iyul, Sporaz.tv

Bu sözləri “Dac 1904 nin baş məşqçisi Xisko Munyos Zirə” ilə olan matçdan sonrakı mətbuat konfransıdan deyib.

Sporaz.tv xəbər verir ki, böyük fərqlə məğlubiyyətin günahını özündə görən Munyos, gələn oyun üçün təhlillər aparacağını deyib.

“Oyunun bu hesabla bitməsi mənim səhvimdir. Yəqin ki, futboçlularıma öz fikirlərimi çatdıra bilməmişəm. Öz azarkeşlərimizdən üzr istəyirəm. Rəqib bu gün çox sürətli və istəkli idi. Mən pozitiv insanam. Bu məğlubiyyət bizə nəyisə öyrətdi. Çalışacağıq ki, qarşıdakı matçlarda buraxdığımız səhvləri təkrarlamayaq. Bunun üçün təhlillər aparmaq lazımdır”.

Qeyd edək ki, revanj matçı 1 həftə sonra Slovakiyada baş tutacaq.

Bahar Rüstəm