Bakı, 18 iyul, Sporaz.tv
“Zirə” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxacaq.
Sporaz.tv xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Dalğa Arena”da “Sheriff”lə (Moldova) qarşılaşacaq.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşma, CBC kanalında canlı yayımlanacaq.