Zhou 2025-ci ildə “Ferrari”-nin ehtiyat sürücüsü ola bilər.

Bakı, 17 noyabr, Sporaz.tv

“Ferrari” gələcək planlarında gənc istedadlara daha çox şans verməyi hədəfləyir.

Sporaz.tv xəbər verir ki, “Ferrari” 2025-ci il mövsümündə ehtiyat sürücü rolu üçün Zhou Guanyunu heyətinə qatmağa hazırlaşarkən, Abu Dabi QP-nin ilk məşqində Arthur Leclerci də trasa çıxarmağa hazırlaşır.

Corriere Della Sera-nın məlumatına görə, Alfa Romeo Sauber-dən ayrılan Zhou Guanyu 2025-ci il mövsümündə “Ferrari”-nin ehtiyat sürücüsü kimi komandaya qoşula bilər. Bu gedişlə gənc çinli sürücü Maranello komandasının uzunmüddətli strategiyasında mühüm rol oynaya bilər. “Ferrari”-nin digər planı Abu Dabi QP-nin ilk məşq sessiyasında Carlos Sainzın yerinə Arthur Leclercin trasa çıxmasıdır. “Ferrari”-nin simulyasiya sürücüsü Arthur bu mövsüm simulyator tədqiqatlarında və təkər testlərində fəal rol oynadı. O, dözümlülük yarışlarında “Hypercar” layihəsində də iştirak edərək öz bacarığını sübut edib.

Məhəmməd Qasımov

Leave a Reply