Bakı, 15 noyabr, Sporaz.tv
“Fenerbahçe“, 14 Noyabr Dünya Diabet Günü münasibəti ilə bu axşam Rusiyanın “Zenit” komandası ilə 25 diabetli uşaqla xüsusi matça qatılacaq.
Sporaz.tv xəbər verir ki,”Sarı-göylü” klubdan edilən şərhdə, “Diabetin bir xəstəlik olmadığını, diabetli uşaqların təhsillərini və idman həyatlarını sağlam şəkildə davam etdirə biləcəklərini diqqətə çatdırmaq istəyən “Fenerbahçe”, bu uşaqları milyonlarla bir araya gətirmək üçün bu addımı atır” deyildi.
“Fenerbahçe”nin bu addımından xəbərdar olan Rusiya əsilli diabetli uşağların “Zenit” Klubu ilə əlaqə saxladığı və matçda mərasimə qatılmaq istədiyini söyləyərək, “bu xəbərlə hərəkətə keçən “Fənərbaxça”nın rus əsilli “Zenit” azarkeşi olan uşaqlarla əlaqə saxlayaraq mərasimə gətirəcəyi öyrənilib. “Zenit”dən olan 25 diabetli uşağla birlikdə da qatılacağı mərasimlə “Fenerbahçe” diabetin xəstəlik olmadığını bütün uşaqlarla vurğulayacaq” qeyd edib.
Bahar Rüstəm