“Galatasaray”dan Zalewski həmləsi

Bakı, 10 sentyabr, Sporaz.tv

“Galatasaray”(Qalatasaray) idarəçilərinin “Roma“-nın polşalı sol cinah oyunçusu Nicola Zalewskinin transferi üçün İtaliyaya gedəcəyi iddia edilirdi.

Soraz.tv məlumat verir ki, Nicola Zalewskini heyətinə qatmaqda mühüm irəliləyiş əldə edən “Galatasaray” rəhbərliyinin, bu transferə son qoymaq üçün hərəkətə keçdiyi iddia edilib.

Sarı-qırmızılı rəhbərlər, Zalewskinin transfer danışıqlarını davam etdirmək üçün İtaliyaya gedir.

“Roma” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq Nicola Zalewski, ötən mövsüm 33 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə edib. Bu mövsüm Zalewski 3 matçda 142 dəqiqə meydanda olub.

Leave a Reply