Zahanın yerinə Armand Lauriente

Bakı, 30 avqust, Sporaz.tv

Wilfried Zaha ilə vidalaşan “Galatasaray“ın gündəmində Armand Lauriente var. “Sarı-qırmızılar”ın Lauriente üçün etdiyi son təklifi açıqladılar.

Sporaz.tv xəbər verir ki, Wilfried Zahanı “Lion”a icarəyə verən “Galatasaray”da cinah transfer çalışmaları davam edir. Bu kontekstdə gündəmə gələn futbolçu Armand Lauriente oldu.

Bir müddətdir “Galatasaray”ın gündəmində olan 25 yaşlı fransız cinah oyunçusu üçün təklifini yenilədiyi bildirilib. “Galatasaray” Armand Lauriente üçün təklifini 18 milyon avroya yüksəldib. “Sassuolo”nun baş direktoru Giovanni Carnevalinin təklifi bir daha rədd etdiyi vurğulanıb. Laurientenin “Qalatasaray”a transfer olunmaq istədiyi və İtaliya komandasına satılmaq istədiyi bildirilirdi.

25 yaşlı futbolçunun “Sassuolo” ilə daha 3 illik müqaviləsi var. Bu mövsüm 2 matçda meydana çıxan Lauriente 1 qola imza atıb.

Bahar Rüstəm