Zahanın yeni ünvanı məlum olub

Bakı, 30 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray), Wilfried Zahanı icarə əsasında Fransanın “Lyon”(Lion) komandasına göndərib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-dan qovulan Wilfried Zahanın yeni ünvanı bəlli olub. “Sarı-qırmızılar”ın Fil Dişi Sahilli futbolçusu, Fransaya yollanıb.

“Galatasaray”, Wilfrid Zahanı “Lyon“-a icarəyə verib. 31 yaşlı futbolçu mövsümün qalan hissəsində Fransa komandasının uğurları üçün çox çalışacaq.

Wilfried Zaha, 43 matçda “Galatasaray”-ın formasını geyinib. Fil Dişi Sahilinin futbolçusu bu matçlarda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.