Zahanın Premyer Liqaya qayıtma ehtimalı böyükdür

Bakı, 12 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-dan ayrılacağı gözlənilən Wilfried Zahanın “Leicester City“yə transferi üçün danışıqlar davam edərkən, ulduz futbolçu ilə Premyer Liqadan daha 3 komandanın maraqlandığı bildirilir. Britaniya mətbuatı Zaha haqqında: “Onun Premyer Liqaya qayıtması ehtimalı çox böyükdür” – kimi şərhlər yazıb.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”ın ulduz futbolçusu Wilfried Zahanın, “Leicester City”yə transferi üçün danışıqların davam etdiyi iddia edilib.

Bir tərəfdən “Leicester”, “Panathinaikos”un hücumçusu Fotis Ioannidis üçün 23,2 milyon funt-sterlinq təklif edib, digər tərəfdən isə Zahanın icarəyə götürülməsi üçün danışıqları davam etdirirlər.

Xəbər təfərrüatında Fil Dişi Sahilli futbolçu ilə Cyrstal Palace, Wolverhampton West Ham Unitedin də maraqlandığı, Zahanın Premyer Liqaya qayıtmasının böyük ehtimalın olduğu bildirilib.

Onuda qeyd edək ki, 31 yaşlı futbolçu ötən mövsüm 42 rəsmi matçda meydana çıxıb və sarı-qırmızılıların heyətində 10 qol vurub ,həmçinin 5 məhsuldar ötürmə edib.