Zahadan təəccübləndirən açıqlama

Bakı, 22 iyul, Sporaz.tv

Galatasaray“da transfer çalışmaları davam etdikcə komandadan ayrılacaq futbolçular da bəlli olur. Növbəti mövsümün heyətini planlaşdıran baş məşqçi Okan Burukun yeni mövsümdə Zaha ilə bağlı dəqiq qərar vermədiyi bildirilərkən, fil dişli ulduzdan açıqlama gəldi.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”ın son yay transfer dövründə “Fenerbahçe” ilə transfer yarışına girərək heyətinə qatdığı Zaha gələcəyi ilə bağlı açıqlama verib. Ulduz futbolçu yeni mövsümlə bağlı sürpriz qərarını açıqlayıb.

Zaha, əvvəlki açıqlamalarında diqqətçəkən ifadələr işlətmişdi. Ulduz, “Təxminən 10 il “Palace”da oynamışam. “Galatasaray”a gələndə çox böyük gözləntilər var idi. Bu, mənim ilk mövsümüm idi. Bütün matçlarda çıxış etməsəm də, çempion olduğumuz üçün şadam. Roma bir gündə tikilməyib. Biz addım-addım davam etməliyik. Hər matçda daha fit olacağam, daha çox dribling edəcəm. Qollar da gələcək. Özümü daha çox göstərəcəyəm. Bir az səbrli olun”.

“Mən mükəmməlliyətçiyəm. İnsanlar mənə deyirlər ki, həmişə şikayət edirsən. Xeyr, mən döyüşçüyəm. Mən matçda olanda çox ehtiraslı oluram. İnsanlar məni başqa cür görə bilər, amma məni tanımaq çətin deyil. Eyni zamanda, özümü hər kəsə göstərmirəm, bunu etiraf etməliyəm. Ola bilsin ki, məni çox gülməli görmürsən, amma mənimlə asanlıqla dostluq edə bilərsən. Mən canavar deyiləm” -deyib.

Fransa mətbuatında yer alan xəbərə görə, Zaha, onun komandadan ayrılacağı gözlənildiyi halda, təəccüblü qərar verərək, “Galatasaray”dan ayrılmaq istəmədiyini bildirib. Futbolçu, Okan Burukun planlarında olmasa da, onun belə bir qərar verməsi təəccüb doğurub. Bununla belə, Zahanın hələ komandada qalıb-qalmayacağı böyük maraq doğurur.

Fil Dişi Sahilinin ulduz futbolçusu bu mövsüm “Galatasaray”ın heyətində 42 matçda forma geyinmək şansı qazanıb. Wilfried Zaha bu görüşlərdə 10 dəfə rəqib qapısına yol tapıb. 31 yaşlı hücumçu, komanda yoldaşlarına 5 məhsuldar ötürmə edib.

31 yaşlı futbolçunun “Galatasaray”la müqaviləsi 2026-cı ilə qədər olsa da, onun hazırkı bazar dəyəri 11 milyon avrodur.

Bahar Rüstəm