Zahadan ayrılma qərarı:”Onun talibi başqadır,seçimi başqadır

Bakı,10 may,Sporaz.tv

Son zamanlar “Galatasaray”ın gözündən düşən “Wilfried Zaha“(Vilfrid Zaha) ayrılmaq qərarına gəlib. Səudiyyə Ərəbistanından talibləri olan Zahanın meneceri İngiltərə Premyer Liqası komandaları ilə əlaqə saxlayır.

Galatasaray” mövsümün əvvəlində təmənnasız olaraq heyətinə qatdığı Wilfried Zaha ilə 3 illik müqavilə imzalayıb.Son vaxtlar Superliqada oynamaq şansı tapmaqda çətinlik çəkən Zahanın gələcəyi ilə bağlı qərar verdiyi iddia edilib.

Sporaz.tv-nin məlumatına əsasən, Wilfried Zaha “Galatasaray”dan ayrılmaq qərarına gəlib.

Xəbərdə Səudiyyə Ərəbistanı komandalarından 31 yaşlı futbolçuya böyük marağın olduğu vurğulanıb.Digər tərəfdən, Zahanın menecerinin İngiltərə Premyer Liqası komandaları, xüsusilə West Ham United ilə əlaqə saxladığı qeyd edilib.

Xəbərin təfərrüatında “Galatasaray”ın WilfriEd Zahadan iki rəqəmli transfer gəliri gözlədiyi bildirilib.Superliqada son 3 matçda meydana çıxa bilməyən Zaha bu mövsüm ümumilikdə 39 matçda 2086 dəqiqə meydanda olub və 10 qol vurub, 5 məhsuldar ötürmə verib.