Zahadan əvvəl Leicester Citydə transfer

Bakı, 14 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-dan Wilfried Zaha ilə maraqlanan “Leicester City“(Lester Siti) daha bir transferini yekunlaşdırır. “Leicester City” sol cinahda da oynaya bilən Adam Hlozeki heyətinə qatıb.

Sporaz.tv məlumat verir ki, İngiltərə Premyer Liqasının yeni komandası “Leicester City” bir müddətdir ki, “Galatasaray”dan Wilfried Zaha ilə danışıqlar aparır. Zaha ilə yanaşı transfer çalışmalarını davam etdirən komanda daha bir transferlə başa çatıb.

Leicester City, Bayer Leverkusendən Adam Hlozeki icarəyə götürür. Xəbərə görə, Premyer Liqa təmsilçisi, 22 yaşlı futbolçunu şərti alış opsiyonu ilə icarəyə götürəcək.

Adam Hlozekin opsionunun 20 milyon avro olacağı bildirilsə də, “Leicester”in aşağı liqaya düşməyəcəyi təqdirdə alış opsiyasının aktivləşəcəyi bildirilir.

Bayer Leverkuzen, Adam Hlozeki 2022-23 mövsümünün əvvəlində Sparta Praqadan 13 milyon avroya transfer edib.

Hücumçu arxasında çıxış edən 22 yaşlı futbolçu, sol cinah və hücum zonalarında da oynaya bilir.