Zaha və Kerem ayrıldıqdan sonra Okan Burukdan rəhbərliyə tələb

Bakı, 9 sentyabr, Sporaz.tv

ZahaKerem Aktürkoğlunun Galatasaray (Qalatasaray)-dan ayrılmasından sonra baş məşqçi Okan Buruk rəhbərlikdən cinah gücləndiriciləri istəyib. Sarı-qırmızılıların bu bölgə üçün bir-iki transferi hədəfə aldığı iddia edilirdi.

Sporaz.tv xəbər verir ki, Kerem Aktürkoğlunu 12 milyon avroya “Benfica“ya satan “Galatasaray”, Zahanı da 3 milyon avroya “Lyon”a icarəyə verib.

Sarı-qırmızılılarda iki futbolçunun gedişindən sonra cinahda boşluq yaranıb.

“Galatasaray”ın sol cinah oyunçusu üçün düşündüyü adın “Roma”da çıxış edən Nicola Zalewski  olduğu iddia edilib. Digər tərəfdən, sarı-qırmızılıların yarımmüdafiə üçün Jorginho ilə maraqlandığı bildirilirdi.

Leave a Reply