Zaha üçün gözlənilməz talib

Bakı, 8 avqust, Sporaz.tv

Galatasaray“ın ötən mövsüm “Crystal Palace“dan transfer etdiyi Wilfried Zahaya sürpriz talib çıxıb. Premyer Liqa komandası adı Səudiyyə Ərəbistanının “Al İttihad” komandası ilə hallanan Fil Dişi Sahili futbolçusunu istəyir.

Sporaz.tv xəbər verir ki, ötən yay transfer qiyməti ilə “Galatasaray”a gedən Wilfried Zaha böyük məyusluq yaşadı.

“Sarı-qırmızılar”da keçirdiyi bir ildə çıxışı tənqid obyektinə çevrilən Zahaya keçmiş klubu “Crystal Palace”ın da cəlb olunduğu iddia edilirdi.

Teleqrafda yer alan xəbərə görə, “Galatasaray” Zahanın maaşı üçün 9 milyon funt sterlinq qonorar tələb edir.

Xəbərdə bu rəqəmin kifayət qədər yüksək olduğu, lakin “Crystal Palace”ın futbolçunu icarəyə götürə biləcəyi bildirilib. İngiltərə mətbuatında böyük səs-küyə səbəb olan transfer iddiası üçün “Şok dönüş” və “Şok transfer” ifadələrindən istifadə edilib.

Zaha ötən mövsüm “Galatasaray”ın heyətində 42 oyun keçirib. Fil Dişi Sahilinin futbolçusu bu matçlarda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bahar Rüstəm