Zaha üçün dodaq uçuqladan vergi borcu iddiası

Bakı, 20 avqust, Sporaz.tv

Crystal Palace“ın gündəmində olan, lakin hələ transfer olunmayan Galatasaray (Qalatasaray)-ın ulduzu Wilfried Zaha ilə bağlı təəccüblü iddia ortaya atılıb. Fil Dişi Sahilli futbolçunun vergi borcuna görə İngiltərəyə qayıtmadığı iddia edilib.

Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray)-da gələcəyi maraq doğuran Wilfried Zahanın keçmiş klubu “Crystal Palace”a transferi gündəm olub.

Fil Dişi Sahili futbolçusunun hələ də bu transferi həyata keçirə bilməməsi ilə bağlı təəccüblü iddia ortaya atılıb.

2023-2024 mövsümündə bir neçə dəfə İngiltərəyə girib-çıxan Zahaya 6 milyon avro vergi borcu qoyulub.

31 yaşlı futbolçu ilə maraqlanan “Crystal Palace” və ” Leicester City”nin vergi problemlərinə görə bu transferdən geri çəkildiyi iddia edilirdi.

“Crystal Palace” və “Lester Siti”nin Galatasaray (Qalatasaray)-ın bu borcu ödəməsini istədiyi, lakin sarı-qırmızılıların bu tələbi rədd etdiyi bildirilib.

Zahanın İngiltərəyə qayıtması vergi problemlərinə görə dayandırılıb.