Zagreb “Dinamo”su Bakıya qələbə ilə gələcək

Bakı, 25 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Zagreb “Dinamo”su Bakıya qələbə ilə gələcək.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, komanda Xorvatiya çempionatında növbəti matçını keçirib.

Gorica” ilə üz-üzə gələn Zagreb klubu 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” matçı avqustun 28-də Bakıda keçiriləcək. Komandalar arasında avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.