Yusuf Yazıcıdan “Lill”ə vida

Bakı, 1 iyul, Sporaz.tv

Fransa 1-ci Futbol Liqası (Liqa 1) komandalarından olan “Lill“də çıxış edən 27 yaşlı futbolçu, Yusuf Yazıcı komandadan ayrıldığını açıqlayıb. Yazıcı, “Hər yaxşı şeyin bir sonu var. Bəzən yol ayrıcları yeni hekayələrin başlanğıcıdır” -dedi.

Sporaz.tv xəbər verir ki, Yusuf Yazıcı sosial media hesabında etdiyi paylaşımda, “Komanda yoldaşlarım, məşqçilərim, bütün heyət, işçilər və ən əsası azarkeşlərimiz. Həyatım boyu sizinlə paylaşdığım xatirələri heç vaxt unutmayacağam. Lilldə olduğum müddətdə hamınızdan dəstək və sevgi aldım. Bu formanı geyinmək bir şərəfdir həmişə ürəyimdə olacaqsız”- qeyd edilib.

Türkiyə milli futbolçusu, bu mövsüm “Lill”in heyətində 42 matçda 12 qol vurub, 4 məhsuldar ötürmə edib. Yusuf Yazıcı, 2020-2021 mövsümündə Lill forması ilə çempionluq sevinci yaşayıb.

2024-cü ildə Almaniyada keçiriləcək Avropa Çempionatında mübarizə aparan, Türkiyə Milli Futbol Komandasının heyətində də yer alan Yusuf qurumda indiyədək 2 matçda şans qazanıb.