Yusuf Yazıcı üçün sürpriz transfer iddiası

Bakı, 30 avqust, Sporaz.tv

Transfer qiyməti olan Yusuf Yazıcının Qətərin “Al-Arabi” komandası ilə transfer görüşü olduğu iddia edilib.

Sporaz.tv xəbər verir ki, “Lille”lə müqaviləsi bitdikdən sonra transfer haqqını alan və hələ də komanda ilə anlaşa bilməyən Yusuf Yazıcının Qətərə transfer oluna biləcəyi iddia edilib.

Fransanın “L’Equipe” qəzetinin xəbərinə görə; Yusif Qətərin “Al-Arabi” komandası ilə görüşür.

“Al-Arabi” idarəçilərinin transfer haqqı olan milli futbolçunu razı salmağa çalışdığı bildirilib.

Lilldə 135 matça çıxan Yusuf Yazıcı 29 qol vurub, 15 məhsuldar ötürmə edib.

Bahar Rüstəm