Yusuf Yazıcı “Lille”ə ilə vidalaşıb

Bakı, 30 iyun, Sporaz.tv

Fransa 1-ci Futbol Liqası (Liqa 1) komandalarından olan “Lille“də çıxış edən 27 yaşlı milli futbolçu Yusuf Yazıcı komandadan ayrıldığını açıqlayıb. Yazıcı: “Hər yaxşı şeyin bir sonu var, bəzən yol ayrıcları yeni hekayələrin başlanğıcıdır”-deyə öz ifadələrini bölüşüb.

Sporaz.tv məlumat verir ki, Yusuf Yazıcı sosial media hesabında etdiyi paylaşımda, “Komanda yoldaşlarım, məşqçilərim, bütün heyət, işçilər və ən əsası azarkeşlərimiz. Həyatım boyu sizinlə paylaşdığım xatirələri heç vaxt unutmayacağam. Lilldə olduğum müddətdə hamınızdan dəstək və sevgi aldım. Bu formanı geyinmək bir şərəfdir həmişə ürəyimdə olacaq”-deyə bildirib.

Türkyəli futbolçu bu mövsüm “Lille”in heyətində 42 matçda 12 qol vurubvə 4 məhsuldar ötürmə edib. Yusuf Yazıcı 2020-2021 mövsümündə Lille forması ilə çempionluq sevinci yaşayıb.

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında mübarizə aparan Türkiyə Futbol Komandasının heyətində də yer alan Yusuf qurumda indiyədək 2 matçda şans qazanıb.